2015-Cİ İL ÜZRƏ AZƏRBAYCANDA
SAHİBKARLIĞIN İNKİŞAF DİNAMİKASI
Ölkənin sahibkarlıq fəaliyyətinin inkişaf göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər özünü göstərməkdə davam edir.
2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi 2014-cü illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat olmuşdur.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 81,2 faiz təşkil etmişdir (qrafik 1).
Qrafik 1. ÜDM-də özəl sektorun payı, %-lə.
İqtisadiyyatın qeyri-neft sahələrində 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunmuş, onun ÜDM-də xüsusi çəkisi 69,3 faizədək yüksəlmişdir.
Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faiz olmuşdur. Ümumi istehsalın 87,1 faizi sənaye məhsulunun istehsalı, 12,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 677 231 vahid olmuşdur. 2015-ci ildə yeni yaradılan sahibkarların 43,7 faizi Bakı şəhərində, 56,3 faizi isə regionlarda qeydiyyatdan keçmişdir. Sahibkarların ümumi bölgüsünə görə onların təqribən 14,8 faizini hüquqi şəxslər, 85,2 faizini isə fiziki şəxslər təşkil edir (qrafik 2).
Qrafik 2. Sahibkarlıq subyektlərinin bölgüsü
Müəssisələrin formalaşması dinamikası
2015-ci il ərzində müəssisə və təşkilatların sayı 1 yanvar 2015-ci il tarixinə nisbətən 5,7 faiz artaraq 2016-cı il yanvarın 1-i vəziyyətinə 100 325 olmuşdur (cədvəl 1). 2015-ci il ərzində 6266 yeni hüquqi şəxs qeydiyyata alınmışdır (qrafik 3).
Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 27,4 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 20,9 faizi "Ticarət, nəqliyyat vasitələrinin təmiri", 9,4 faizi "Peşə, elmi və texniki fəaliyyət", 7,4 faizi "Tikinti", 5,3 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 5,1 faizi "Təhsil" qalanları isə digər bölmələrin payına düşür.
Cədvəl 1. Hüquqi şəxslərin sayı
İllər |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
2015 |
Hüquqi şəxslərin sayı |
79147 |
85618 |
89939 |
93416 |
75632 |
78966 |
86010 |
94563 |
100325 |
Qrafik 3. Yeni yaradılmış hüquqi şəxslərin illər üzrə sayı
2015-ci il ərzində müəssisələr əsasən Bakıda (53,8 faiz), Aran (11,9 faiz), Lənkəran (10,8 faiz), Abşeron (8,1 faiz) və Gəncə-Qazax (5,4 faiz) iqtisadi rayonlarında qeydiyyata alınmışlar (cədvəl 2).
2015-ci il ərzində qeydiyyata alınan hüquqi şəxslərin 255-i dövlət mülkiyyətinə, 55-i bələdiyyə və 5956-sı xüsusi mülkiyyətə aid olmuşdur (cədvəl 3). Xüsusi mülkiyyətli müəssisələrin 412-si tam xarici investisiyalı, 115-i isə birgə müəssisələrə aiddir.
Cədvəl 2. Hüquqi şəxslərin regionlar üzrə sayı
01.01.2016-cı il vəziyyətinə müəssisə və təşkilatların sayı |
2015-ci ilin yanvar-dekabr aylarında yaranmış yeni müəssisələr |
||
Rəqəmlə |
Artım, %-lə |
||
Cəmi |
100325 |
6266 |
6 ,3 |
Bakı |
53448 |
3373 |
6,3 |
İqtisadi rayonlar: |
|||
Abşeron iqtisadi rayonu |
6437 |
508 |
7,9 |
Gəncə-Qazax iqtisadi rayonu |
6925 |
338 |
4,9 |
Şəki-Zaqatala iqtisadi rayonu |
4324 |
190 |
4,4 |
Lənkəran iqtisadi rayonu |
6071 |
679 |
11,2 |
Quba-Xaçmaz iqtisadi rayonu |
2987 |
121 |
4,1 |
Aran iqtisadi rayonu |
13816 |
744 |
5,4 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
2033 |
109 |
5,4 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
507 |
9 |
1,8 |
Dağlıq Şirvan iqtisadi rayonu |
1907 |
152 |
8,0 |
Naxçıvan Muxtar Respublikası |
1870 |
43 |
2,3 |
Cədvəl 3. Mülkiyyət növləri üzrə yeni yaradılmış müəssisələr
Mülkiyyət növləri |
Dövlət |
Bələdiyyə |
Xüsusi |
Sayı |
255 |
55 |
5956 |
2016-cı ilin 1 yanvar tarixinə kimi qeydiyyata alınmış 100 325 hüquqi şəxsin 10646-sı dövlət mülkiyyətinə, 87985-i xüsusi mülkiyyətə (onlardan 5781-i tam xarici investisiyalı, 1850-si birgə müəssisə), 1694-ü isə bələdiyyə mülkiyyətinə mənsub olmuşdur (qrafik 4).
Qrafik 4. Mülkiyyət növünə görə müəssisələrin və təşkilatların strukturu
Statistik Vahidlərin Dövlət Registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (32,1%), Böyük Britaniya (8,7%), Rusiya (7,3%), İran (5,3%), ABŞ (3,5%), Almaniya (2,2%) və digər ölkələrin (40,9%) sahibkarları tərəfindən yaradılmışdır (qrafik 5).
Qrafik 5. 100 faiz xarici investisiyalı və birgə müəssisələrin ölkələr üzrə payı, faizlə
Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 15957 milyon manat vəsait yönəldilmişdir ki, onun da 61,9 faizi məhsul istehsalı obyektlərinin, 31,6 faizi xidmət sahələri üzrə obyektlərin, 6,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Ümumi sərmayənin 34,7 faizi dövlət, 65,3 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür.
2015-ci ildə xarici mənbələrdən əsas kapitala 1020,1 milyon manat vəsait yönəldilmişdir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 6184,3 milyon manatı (88,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, Yaponiya, Norveç, İsveç, Rusiya, İran, Malayziya və ABŞ sərmayədarlarına məxsus olmuşdur.
Kiçik müəssisələrin inkişaf dinamikası
Bazar münasibətlərinin tələblərinə uyğun olaraq, ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. Ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanunu və "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilmiş işçilərin sayı və illik dövriyyə meyarına görə müəyyən edilir. 2016-cı ilin 1 yanvar tarixinə ölkədə fəaliyyət göstərən müəssisələrin 79037 vahidi və ya 78,8 faizi kiçik müəssisələr olmuşdur (Qrafik 6).
Qrafik 6. Kiçik müəssisələrin sayı
Göründüyü kimi, 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 78,8 faizini kiçik müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (31,3%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,1%), tikinti (12,5%) və kənd təsərrüfatı (11,0%) və s. sahələrdə yaradılmışdır.
Kiçik müəssisələrin 56,2 faizi Bakıda, 13,1 faizi Aran, 7,0 faizi Abşeron, 6,2 faizi Lənkəran, 6,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır (cədvəl 4).
Fiziki şəxslərin inkişaf dinamikası
Hesabat dövründə fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam etmişdir. 2016-cı ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 1 yanvar 2015-ci il tarixinə nisbətən 9,9 faiz artaraq 576 906 vahidə çatmışdır (qrafik 7).
Qrafik 7. Fərdi sahibkarların sayı
Cədvəl 4. Kiçik müəssisələrin iqtisadi rayonlar üzrə bölgüsü
01.01.2016-cı il vəziyyətinə kiçik müəssisələrin sayı |
Ümumi saya görə %-lə |
|
CƏMİ |
79037 |
100,0 |
Bakı |
44442 |
56,2 |
İqtisadi rayonlar: |
||
Abşeron iqtisadi rayonu |
5548 |
7,0 |
Gəncə-Qazax iqtisadi rayonu |
4833 |
6,1 |
Şəki-Zaqatala iqtisadi rayonu |
3146 |
4,0 |
Lənkəran iqtisadi rayonu |
4869 |
6,2 |
Quba-Xaçmaz iqtisadi rayonu |
2113 |
2,7 |
Aran iqtisadi rayonu |
10372 |
13,1 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
1359 |
1,7 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
246 |
0,3 |
Dağlıq Şirvan iqtisadi rayonu |
1268 |
1,6 |
Naxçıvan Muxtar Respublikası |
841 |
1,1 |
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) əsas hissəsi Bakıda (33,7%), Aran (19,8%), Gəncə-Qazax (12,9%) və Lənkəran (7,4%) iqtisadi rayonlarında qeydiyyata alınmışlar (cədvəl 6).
Hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (34,9%), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (17,8%), "Digər sahələrdə xidmətlərin göstərilməsi" (13,9%) və "Nəqliyyat və anbar təsərrüfatı" (12,6%) bölmələrində qeydiyyatdan keçmişdir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) 80,3 faizini kişilər, 19,7 faizini isə qadınlar təşkil etmişdir.
Cədvəl 6. Fərdi sahibkarların regionlar üzrə sayı
01.01.2016-cı il vəziyyətinə fiziki şəxslərin sayı |
Ümumi saya görə, faizlə |
|
CƏMİ |
576906 |
100,0 |
Bakı |
194795 |
33,7 |
İqtisadi rayonlar: |
||
Abşeron iqtisadi rayonu |
28571 |
5,0 |
Gəncə-Qazax iqtisadi rayonu |
74229 |
12,9 |
Şəki-Zaqatala iqtisadi rayonu |
36780 |
6,4 |
Lənkəran iqtisadi rayonu |
42906 |
7,4 |
Quba-Xaçmaz iqtisadi rayonu |
32283 |
5,6 |
Aran iqtisadi rayonu |
114129 |
19,8 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
14185 |
2,5 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
2431 |
0,4 |
Dağlıq Şirvan iqtisadi rayonu |
16489 |
2,8 |
Naxçıvan Muxtar Respublikası |
20108 |
3,5 |
Sahibkar qadınların 38,3 faizi Bakıda, 16,5 faizi Aran, 15,3 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdir.
2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 10,9 faiz artaraq 25,7 milyard manat olmuşdur.
İstehlak məhsullarının 99,8 faizi qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 10,8 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılmışdır. Qeyri-dövlət sektoru üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin səviyyəsini 10,9 faiz üstələyərək 25682,7 milyon manata bərabər olmuşdur.
2015-ci ildə elektron pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,8 milyon manatlıq və ya 2014-cü illə müqayisədə 1,9 dəfə çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı 2014-cü ilin səviyyəsini 1,9 dəfə üstələyərək 12,3 milyon manata bərabər olmuşdur.
2015-ci il ərzində bir çox sahibkarlıq obyektləri, o cümlədən Sumqayıt şəhərində "Alyans Tekstil" tikiş fabriki, "Azkontakt" MMC-nin beton məmulatı zavodu, Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyası, Sənaye Kompleksi, Qusar rayonunda "Park Chalet Şahdağ" oteli, Bakı şəhərində "ATEF Şirkətlər Qrupu"nun iri qabaritli transformatorlar zavodu, "Dalğa Beach-Aqua Park" ailəvi istirahət mərkəzi və "İnturist" oteli, "Qafqaz Baku Sport Hotel" mehmanxana kompleksi, "Bulvar Hotel" oteli, "Baytarlıq şəhərciyi", Şabran rayonunda "Qalaaltı Hotel & SPA" istifadəyə verilmişdir.