Elnur Aydın oğlu Əliyev

1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2002-ci ildə həmin fakültəni bakalavr, 2006-cı ildə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirmiş, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili almışdır.

2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlamış, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışmışdır.

2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləmişdir.

2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışmışdır.

2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək Vergilər nazirinin müşaviri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

Rus və ingilis dillərini bilir.

Evlidir, 2 övladı var.