İqtisadiyyat Nazirliyi

Məqalələr

Sizi maraqlandıran suallarla 195-2 telefon xidmətinə zəng edin!

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyinin də daxil olduğu dövlət qurumlarının fəaliyyət sahələrini əhatə edən 195 Çağrı Mərkəzi yaradılmışdır. Sərəncama uyğun olaraq, 2009-cu ildən fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinin bazasında Çağrı Mərkəzi yaradılmış və müasir tələblərə uyğun olaraq mərkəzin fəaliyyəti daha da təkmilləşdirilmişdir.
İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version