Hərrac elanı və özəlləşməyə çıxarılan dövlət əmlakları barədə məlumat hərrac gününə ən azı 30 (otuz) gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (www.emlak.gov.az) və mətbuatda dərc olunur. Özəlləşdirmə portalında (www.privatization.az) hərraca çıxarılmış dövlət əmlaklarının mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış olmaq mümkündür. Özəlləşmədə iştirak etmək istəyənlər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü sifarişçilərin həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə özəlləşmədə iştirakı təmin edilir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrini təyinatından kənar istifadə etmək qadağandır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikintisi qeyri-qanuni hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlardır. Həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Yalnız “Yaşayış məntəqələri” təyinatlı torpaqlar üzərində inşa edilən fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyata alınır.
Sifariş verilən əmlaklara dair hərraclar onların yerləşdiyi rayon və şəhərlərdə keçirilir. Hərrac zamanı iştirakçılar müvafiq ünvanlara getməklə yanaşı, onlayn hərrac vasitəsi ilə olduqları məkandan hərraca qoşula bilərlər. Həm canlı, həm də onlayn hərrac bir sistem üzrə aparılır. Elektron hərraca qoşulmaq üçün hərrac başlayan zaman Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub və təqdim olunan elektron xidmətlər siyahısından “Elektron hərrac” xidmətini seçmək lazımdır. Hərraca qeydiyyat zamanı Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən məlumatlar əsasında giriş edib hərracda iştirak etmək mümkündür.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Qeyri-yaşayış sahəsinə dair tələb olunan sənədlərə isə tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri aiddir.
Xidmətdən istifadə üçün müvafiq sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etmək olar.
Mülkiyyətdə və icarədə olan torpaq sahəsi yalnız məqsədli təyinatına uyğun istifadə olunmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər 1000 AZN məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Hərracda iştirak edilmədiyi, iştirak edib qalib olunmadığı və ya sifariş verdikdən sonra hərracda iştirak etməkdən imtina edib sifarişi ləğv etmək istədiyi halda dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh geri qaytarılır. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə notariusda təsdiq olunmuş formada ərizə ilə müraciət etmək və həmin ərizədə bank hesabını göstərmək lazımdır. Eyni zamanda şəxsiyyəti təsdiq edən sənədin sürətini və ödənmiş behin məbləğini əks etdirən qəbzin sürəti də ərizəyə əlavə olunmalıdır. Beh üçün ödənilən məbləğ şəxsin bank hesabına geri köçürülür.
SMS bildirişdə çıxarışın reyestr və qeydiyyat nömrələri, o cümlədən elektron çıxarışın təsviri ilə bağlı link göndərilir. Həmin linkə daxil olaraq Elektron çıxarışın təsvirini əldə etmək olar. Çıxarışın təsvirinə baxmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub təqdim olunan elektron xidmətlər siyahısından “Elektron çıxarışın yoxlanması” elektron xidməti seçilməlidir. Açılan pəncərədə “Qeydiyyat nömrəsi” və “Reyestr nömrəsi” xanalarına müvafiq məlumatları qeyd etdikdən sonra “Axtar” düyməsi sıxılır. Nəticədə ekranda elektron çıxarış əks olunur.
Bakı şəhəri üzrə hərraclar Nizami rayonu, Xəlil Rza Ulutürk 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında və regionlar üzrə hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinin inzibati binasında keçirilir.
İlk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-in mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi öz adına çıxarış ala bilər.
İlk növbədə MTK-ın inşa etdiyi binanın istismara qəbul edilib-edilmədiyi (istismara qəbul aktının olub-olmadığı) aydınlaşdırılmalıdır. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün 2 sənəd olmalıdır:
Respublika üzrə daşınmaz əmlakın mövcudluğu barədə arayışı əldə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşmaq lazımdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) 15-ci sıradakı “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətinə daxil olmaqla onlayn formada da adına daşınmaz əmlakın olub olmaması ilə bağlı arayış əldə etmək mümkündür.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi tələb olunur. 01.12.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur.
Vətəndaş qeyd olunan sənədlər və şəxsiyyət vəsiqələri ilə Əmlak Xidmətləri Məkanına (Bakı şəhərində yerləşən daşınmaz əmlaka dair) və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşa bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydə alınır.
Daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin hüquqlarını 6 iyul 2006-cı il tarixinədək olan dövrdə dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsini saxlamasıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
Eyni zamanda həmin qanunun 5.1-1-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış 1 iş günü müddətində verilir.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır.
Daşınmaz əmlakın ipotekası haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında ipotekanın dövlət qeydiyyatı aparılır.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmişdir. Onlar aşağıdakılardır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Həmin qanunun 11.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.
Həmin qanunun 19.2-ci maddəsinə əsasən, torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir.
Qanunun 19.3-cü maddəsinə uyğun olaraq binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur.
Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli 1142 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq itirilmiş, məhv olmuş və ya yararsız hala düşmüş kağız çıxarışlarla bağlı yalnız hüquq sahibinin ərizəsi əsasında, hər hansı digər sənəd (polis orqanının arayışı, qəzetdə elan) və ödəniş tələb olunmadan elektron formada çıxarış tərtib edilərək hüquq sahibinə elektron üsulla təqdim olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bununla yanaşı, 3 halda xarici hüquqi və fiziki şəxslər Azərbaycanda torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilərlər, lakin həmin hüququ 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Bu müddəa Torpaq Məcəlləsinin 49.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, sözügedən maddəyə uyğun olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
Torpaqların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və məqsədli təyinatına, hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə və Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilir.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə - aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə-müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə-torpaq mülkiyyətçiləri tərəfindən müvafiq sənədlər və aidiyyəti qurumların rəyləri təqdim olunmaqla Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmaqla həyata keçirilir.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir:
Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısı, girov qoyulması (ipotekası) və digər əqdlər, habelə başqa məqsədlər üçün istifadəsi ilə nəticələnən torpaqların kateqoriyalara aid edilməsinə və bir kateqoriyadan digərinə keçirilməsinə yol verilmir.
Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramınına əsasən əmək kollektivi üzvü və onlara bərabər tutulan şəxslərə güzəştli satış 25 gün ərzində həyata keçirilir.
“Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na əsasən hərracın qalibi alqı-satqı müqaviləsinin bağlandığı andan ən geci 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürməlidir. Müəyyən olunmuş müddətdə alıcı qeyd olunan məbləği ödəmədiyi halda alqı-satqı müqaviləsi qüvvədən düşmüş hesab edilir, beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür.
Müsabiqə və hərraclarda qalib gəlmiş hüquqi və ya fiziki şəxslər bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır(23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərman).
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
- mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər (2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanun).
Fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə torpaq sahələri bələdiyyələrin ehtiyat fondundan verilir. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahələrinin verilməsi vətəndaşların müraciəti əsasında bilavasitə bələdiyyələr tərəfindən verilir. Digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı tətbiq edilən, yəni mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün xüsusi icazə tələb olunmur.
Yük daşıyan konstruktiv elementlərin mərkəzi oxları arasındakı məsafəsi. Yəni yük daşıyan divarın mərkəzi oxundan qarşıdakı divarın mərkəzi oxuna qədər olan məsafə kimi götürülür.
Mənzillərin ümumi sahələri hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyaların sahələri - 0,5 azalma əmsallarına vurulmaqla, eyvanların sahələri isə tam olaraq mənzilin ümumi sahəsinə daxil edilir.
Bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci bəndinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.
“Kadastr” ifadəsi latın sözü olan “capitastrum” sözündən əmələ gəlib və “əşyaların siyahıya alınması” mənasını verir. Kadastr işlərinin tarixi dünyada çox qədim dövrə təsadüf edir. Torpağın becərilməsi, insanlar arasında əşya mübadiləsi, əmlak alqı-satqısı, müxtəlif cür vergilərin meydana gəlməsi tarixi elə kadastr işlərinin başlanğıcına dəlalət edən hadisələrdəndir. Azərbaycanda müxtəlif icra hakimiyyəti orqanları tərəfindən bir sıra sahəvi kadastrlar həyata keçirilir: daşınmaz əmlakın kadastrı, torpaq kadastrı, su kadastrı, meşə kadastrı, şəhərsalma kadastrı, faydalı qazıntı yataq və təzahürlərinin kadastrı və s.
Daşınmaz əmlakın kadastr uçotu - kadastr orqanı tərəfindən daşınmaz əmlak obyektlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və ilkin, habelə yeniləşən məlumatların daşınmaz əmlakın kadastrında qeydə alınmasıdır.Uçota cəlb edilən obyektlərin sayından, işin həcmindən asılı olaraq kadastr uçotunun 2 növü vardır: sistemli (kütləvi, ardıcıl) kadastr uçotu işləri; sporadik (fərdi, adda-budda) kadastr uçotu işləri. Sistemli kadastr uçotu işlərinə hər hansı bir rayonun inzibati sərhədləri daxilində və ya ölkə miqyasında aparılan kadastr uçotu işlərini aid etmək olar. Sporadik kadastr uçotu işlərinə vətəndaşların fərdi müraciətləri əsasında bu və ya digər konkret daşınmaz əmlak obyekti ilə bağlı aparılan uçot işləri aiddir.
Kadastr məlumatları vətəndaşın elektron və ya ərizə ilə müraciəti əsasında ona elektron və (və ya) kağız formalarında ödənişli və ya ödənişsiz əsaslarla verilir.
Aşağıdakı hallarda daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul etməkdən imtina edə bilər:
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizəçilər tərəfindən elektron qaydada e-emlak.gov.az portalı vasitəsilə və ya birbaşa “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrinə ərizə ilə müraciət edildikdə onlara təsdiqetmə bildirişi təqdim olunur.
Təsdiqetmə bildirişində ərizəçinin soyadı, adı və atasının adı (hüquqi şəxsin adı), ərizənin qeydiyyat nömrəsi, ərizənin qeydiyyata alındığı tarix və son icra tarixi, həmçinin ərizəyə əlavə olunan sənədlərin siyahısı barədə məlumat öz əksini tapır.
Həmin bildiriş vasitəsilə ərizəçi müraciətinin qəbul edildiyi, həmin müraciətə hansı müddət ərzində baxılacağı və ərizənin qeydiyyat nömrəsi barədə məlumat əldə edir. Təsdiqetmə bildirişindəki məlumatlar əsasında ərizəçi öz ərizəsinin icra vəziyyətini öyrənmək imkanına malik olur.
Vətəndaşlar üçün mövcud olan elektron xidmətlərimizdən biri də “Əmlak kalkulyatoru” xidmətidir. Bu kalkulyator vasitəsilə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın texniki inventarlaşdırılması ilə bağlı xidmətlərdən istifadə zamanı ödəyəcəyi dövlət rüsumunu və xidmət haqqını qabaqcadan öyrənirlər. Dövlət rüsumu və xidmət haqqının dəqiq hesablanması üçün ərizəçilər tərəfindən məlumatlar düzgün daxil edilməlidir.
Xidmətdən istifadə üçün e-emlak.gov.az portalına daxil olub əmlak kalkulyatoru başlığını seçmək lazımdır. Bundan sonra “Müraciət edilən xidmət” pəncərəsi aktivləşir. Buradan zəruri məlumatları (məsələn ərizənin məqsədi, daşınmaz əmlakın növü, daşınmaz əmlakın ünvanı, ərizənin sürətləndirilmə müddəti və s.) daxil edir. Bu məlumatlar əsasında dövlət rüsumu və xidmət haqqının məbləği barədə məlumat kalkulyatorda öz əksini tapır.
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılmışdır. Bunun üçün müraciət edən şəxs e-emlak.gov.az portalına daxil olaraq, “Elektron xidmətlər” bölməsindən “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulu”nu seçərək, açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımi sənədləri müraciətə əlavə edir.
Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər: 1) ipoteka saxlayanın ərizəsi və ya ipotekanın ləğvinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı; 2) ipoteka saxlayan adından müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamədir.
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizəçinin elektron müraciəti qeydiyyata alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir. Ərizə icra olunduqdan sonra ipotekanın qeydiyyatının ləğvinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin müvafiq Ərazi İdarəsi tərəfindən ipoteka saxlayana bildiriş ünvanlanır.
Servitut daşınmaz əmlak üzərində yüklülük kimi qeydiyyata alınır. Bunun üçün ərizəçilər tərəfindən e-emlak.gov.az portalına daxil olmaqla, “Elektron xidmətlər” bölməsindən “Servitutun dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”nun seçilməsi tələb olunur. Ərizəçi açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımi sənədləri müraciətə əlavə edir.
Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər: 1) daşınmaz əmlaka servitut ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilə; 2) ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir.
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizəçinin elektron müraciəti qeydiyyata alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir. Ərizə icra olunduqdan sonra daşınmaz əmlakın dövlət reyestrində servitutun qeydiyyata alınması ilə bağlı yüklülük çıxarışı hazırlanır və bu barədə ərizəçiyə SMS bildiriş ünvanlanır.
Daşınmaz əmlak üzərində yüklülük kimi qeydiyyata alınmış servitutun qeydiyyatının ləğvi üçün ərizəçilər tərəfindən e-emlak.gov.az portalına daxil olmaqla, “Elektron xidmətlər” bölməsindən “Servitutun dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”nun seçilməsi tələb olunur. Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizəçinin elektron müraciəti qeydiyyata alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir. Ərizə icra olunduqdan sonra ərizəçiyə daşınmaz əmlakın servitutunun dövlət qeydiyyatının ləğvi barədə məktub ünvanlanır.
Daşınmaz əmlakın sonrakı ipotekasının dövlət qeydiyyatı üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılmışdır. Bunun üçün müraciət etmək istəyən şəxs e-emlak.gov.az portalına daxil olaraq, “Elektron xidmətlər” bölməsindən “Daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”nu seçərək, açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımi sənədləri müraciətə əlavə edir. Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər: 1) daşınmaz əmlakın sonrakı ipotekası haqqında notarial müqavilə, 2) ipoteka saxlayan adından müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamədir.
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizə icra olunduqdan sonra ipotekanın sonrakı dövlət qeydiyyatına alınması barədə elektron çıxarış tərtib olunur və bu barədə SMS bildiriş göndərilir.
Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılmışdır. Bunun üçün müraciət etmək istəyən şəxs e-emlak.gov.az portalına daxil olaraq, “Elektron xidmətlər” bölməsindən “Daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu”nu seçərək, açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımi sənədləri müraciətə əlavə edir. Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər: 1) ipoteka saxlayanın ərizəsi və ya ipotekanın ləğvinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı, 2) ipoteka saxlayan adından müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamədir.
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizəçinin elektron müraciəti qeydiyyata alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir. Bu müddət ərzində ipotekanın qeydiyyatının ləğvinə dair ipoteka saxlayana bildiriş ünvanlanır.