Dövlət-Özəl Tərəfdaşlığı mexanizmi

PPP mexanizmi çərçivəsində strateji investorlar üçün dövlət tərəfindən təminatlar nəzərdə tutulur. Bunlara minimum gəlir səviyyəsinin təmin edilməsi, istehsal olunan  məhsulların, göstərilən xidmətlərin və görülən işlərin müəyyən həcmdə dövlət tərəfindən alınması, müəyyən hallarda kompensasiyanın ödənilməsi, maliyyələşmə üsullarının seçilməsinə dövlət təminatlarının təqdim edilməsi daxildir.