Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar Elektron Xidmətlər Portalında (e-services.economy.gov.az) müvafiq elektron xidmət təşkil edilmişdir. İstifadəçilər həmin xidmət vasitəsilə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında 12 qrant müqaviləsi (o cümlədən 2 sub-qrant müqaviləsi və 3 qrant müqaviləsində dəyişiklik) qeydə alınmışdır.
Qrafik 1. Ayrılmış qrant vəsaitlərinin sahələr üzrə bölgüsünün 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisəsi.
