İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin strukturunun, strukturuna daxil olmayan tabeliyindəki qurumların, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxslərin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə, habelə Nazirliyin strukturunda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"ni və digər normativ hüquqi aktları rəhbər tutur.
Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
"İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında" Əsasnamə
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının tərkibi
Şuranın sədri:
Elnur Əliyev - İqtisadiyyat nazirinin birinci müavini.
Şuranın üzvləri:
Elnur Əliyev - Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin müdir müavini;
Anar Hacızadə - Nazirliyin Aparatının Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdir müavini;
Cəfər Babayev – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini;
Samirə Musayeva - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini;
Rüstəm Şahbazov - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini.
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının email ünvanı: apellyasiya@economy.gov.az
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Katibliyinin tərkibi
Katibliyin rəhbəri :
Nuranə Abbasova – Nazirliyin Aparatının Hüquq şöbəsinin müdir müavini – Hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri.
Katibliyin üzvləri :
Fuad Seyidov – Nazirliyin Aparatının İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri;
Kənan Hacızadə – Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin Risklərin idarə edilməsi sektorunun böyük məsləhətçisi;
Azadə Qurbanova – Nazirliyin Aparatının Hüquq şöbəsinin Hüquqi aktların hazırlanması və ekspertizası sektorunun böyük məsləhətçisi;
Rəşid Nəcəfov – Nazirliyin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin icrasına nəzarət sektorunun aparıcı məsləhətçisi;
Mirpərvin Ağayev – Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi siyasəti idarəsinin Strateji planların idarə edilməsi və icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi;
Arzu Hüseynov – Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin böyük hüquqşünası;
Elgün Abdullayev – Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətlərin araşdırılması idarəsinin 4-cü şöbəsinin böyük dövlət vergi müfəttişi;
Şəhla İbrahimova – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Hüquq şöbəsinin Hüquqi aktlarla iş sektorunun böyük məsləhətçisi;
Etibar Əliyev – Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq münasibətləri, geodeziya və metodiki təminat sektorunun müdiri.
İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının fəaliyyəti
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanından irəli gələrək İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası və həmin Şuranın Katibliyi yeni tərkibdə formalaşdırılmışdır. Yeni tərkibdə formalaşdırılmış Apellyasiya Şurası 2020-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır.
2023-cü ildə Apellyasiya Şurasına 141 şikayət daxil olub. Şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.
İnzibati-metodiki işlər
Apellyasiya Şurasında işlərə baxılması çərçivəsində vətəndaşların, habelə sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədilə şikayətlərə səbəb olan hallar müzakirə edilərək aradan qaldırılması, hüquqi müəyyənliyin təmin edilməsi, inzibatçılığın optimallaşdırılması istiqamətində tövsiyələr formalaşdırılır və aidiyyəti qaydada icrası nəzarətdə saxlanılır.