İnvestisiyaların cəlb olunması istiqamətində dövlət tərəfindən aşağıdakı investisiya sahələri üzrə təşviq tədbirləri həyata keçirilir:
Sənaye sektoru
Kimya, metallurgiya və energetika sənayeləri, maşınqayırma sənayesi, tikinti materiallarının istehsalı, yeyinti və yüngül sənaye, əczaçılıq və tibbi ləvazimatların istehsalı
Aqrar sektoru
Sektorun maddi-texniki bazası, bitkiçilik və heyvandarlıq
İKT sektoru
İKT məhsullarının istehsalı, kompüter texnologiyaları, elm və texnologiyaya əsaslanan informasiya sahələri, habelə peyk texnologiyalarının və kosmik sənayenin inkişaf etdirilməsi
Turizm sektoru
Kurort-sanatoriyalar, turist-baza kompleksləri, müalicəvi turizm istirahət mərkəzlərinin, regionlarda mehmanxanaların yaradılması, habelə dağ idman növlərinin inkişafı