Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə - 06.01.2023

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 06 yanvar 2023-cü il tarixindən 06 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.