Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə 23.01.2025

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2025-ci il tarixindən 21 fevral 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.