Tikinti və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin xidmət və layihələri “AIREX 2026” sərgisində vahid stenddə təqdim olunur.
Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (Azerbaijan International Real Estate Exhibition – “AIREX 2026”) keçirilir.
Sərgidə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tikinti və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən 5 yerli şirkət xidmətlərini vahid stenddə nümayiş etdirir. Sərgi ziyarətçilərinə yerli şirkətlərin xidmətləri, layihə və fəaliyyət istiqamətləri barədə məlumatlar, memarlıq və tikinti həlləri təqdim olunur. Stenddə həmçinin işgüzar əlaqələrin qurulması və potensial tərəfdaşlarla danışıqların aparılması üçün xüsusi görüş zonası yaradılıb.
Qeyd edək ki, “AIREX 2026” daşınmaz əmlak, investisiya, tikinti və şəhərsalma sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri, investorları və dövlət qurumlarını bir araya gətirib. Sərgi noyabrın 6-dək davam edəcəkdir.
Oktyabr 30, 2026 16:19
Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası keçirilib