Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşündə Gürcüstanla ticarət və investisiya əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Görüşdə vurğulanıb ki, iki ölkə arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. Gürcüstanla sənaye və istehsal sahəsində birgə layihələrin, enerji əməkdaşlığının, o cümlədən yaşıl enerji təşəbbüslərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının inkişafının əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Müzakirədə ortaq iqtisadi maraqların reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi istiqamətində birgə fəaliyyətin önəmi qeyd olunub.