İqtisadiyyat Nazirliyi investorları 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrində iştiraka dəvət edir
Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən ekologiya, kənd təsərrüfatı və sosial sahələrdə strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyi potensial özəl tərəfdaşları aşağıda qeyd olunan dövlət-özəl tərəfdaşlığı layihələrinə dair niyyət bildirməyə dəvət edir:
1. Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunması
2. Kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar komplekslərinin yaradılması
3. Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı