Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə müvafiq meyarlara cavab verən strateji investisiya layihələrini təqdim etmiş sahibkarlara investisiya təşviqi sənədi verilir. Həmin sənəd “Vergi Məcəlləsi”ndə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş güzəştləri 7 il müddətində əldə etməyə əsas verir.
Sənədin verilməsi müddəti 01.01.2029-cu il tarixinədək uzadılmışdır.