İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı, "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli 877 nömrəli Fərmanı və "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında" 20 aprel 2016-cı il tarixli 878 nömrəli Fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılmış və müvafiq meyarlara uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır.
İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə aiddir:
Ümumilikdə 2022-ci ilin 1 oktyabr tarixinədək 456 sahibkarlıq subyektinə 547 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 5 milyard manata yaxın investisiyanın yatırılacağı, 36.6 minədək yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 13%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87%-i isə regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 60.7%-i sənaye, 36.7%-i kənd təsərrüfatı, 1.1%-i logistika, 1.5%-i isə turizm sahələrində icra olunacaq layihələri əhatə edir.
2021-ci il ərzində 43 sahibkarlıq subyektinə 43 investisiya təşviqi sənədi təqdim olunmuşdur. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 210,1 milyon manat investisiyanın yatırılması və 1889 yeni iş yerinin açılması nəzərdə tutulur.
Bu ilin oktyabr ayının 1-dək investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara (426 sahibkarlıq subyekti) 847.7 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 4915 təsdiqedici sənəd verilmiş və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 212.8 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilmişdir.
Ümumilikdə investisiya təşviqi sənədi verilmiş 270 layihə üzrə (49%) indiyədək təsdiqedici sənədlərlə idxal olunmuş avadanlıqların dəyəri (investisiya olunmuş məbləğ) həmin layihələr üzrə nəzərdə tutulumuş minimal investisiya məbləğini ötmüşdür.
İnvestisiya təşviqi sənədinin alınması üçün ərizə forması Təsdiqedici sənədin alınması üçün ərizənin forması Metodiki tövsiyələr