Sənaye parklarının, dövlət/özəl sənaye məhəllələrinin, azad iqtisadi zonaların yaradılması. Həmin zonalarda, habelə işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında (NMR) qeydiyyatda olan rezidentlər üçün əlverişli hüquqi rejimin tətbiq edilməsi:
vergi və gömrük rüsumlarının ödənilməsindən azadolmalar, kommunal xərclər üzrə kompensasiya, sosial ödənişlər üzrə subsidiyalar kimi müddətli/müddətsiz maliyyə güzəştlərinin verilməsi, hazır infrastrukturla təmin olunması, inzibati dəstəyin göstərilməsi.