Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq üçün dövlətin göstərdiyi dəstək və güzəştlərdən yararlana bilərsiniz

İşğaldan azad edilmiş ərazinin rezidentinə təklif olunan vergi və gömrük güzəştləri

1 yanvar 2033-cü ilədək:

  • mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilər: 0%;
  • Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammalların idxalına görə ƏDV və gömrük rüsumları: 0%;
  • dividend gəlirlərinə görə vergi: 0%.

Fiziki şəxslərin mehmanxana və hotellərdə gecələmə və qalma xidmətlərinə görə ödədiyi ƏDV:

Nağdsız ödənişdə: 30% geri qaytarılır;

Nağd ödənişdə: 5% geri qaytarılır.

Kreditlərə dövlət zəmanəti

Sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir

 Kreditə dövlət zəmanəti üçün əsas tələblər:

  • 5 mln. manatadək kredit;
  • 15%-dək illik faiz dərəcəsi;
  • 7 ilədək kredit müddəti;

Kredit faizlərinə subsidiya

Zəmanət verilən kreditlərin illik faiz dərəcəsinin 10%-bəndi 36 aydan çox olmayan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

o Kreditin müddətinin yarısından çox olmamaqla, 36 ayadək müddətdə güzəşt müddəti tətbiq edilir. Bu müddətdə əsas borc üzrə ödəniş tələb olunmur, yalnız faizlər ödənilir.

 

Müraciət üçün: www.e-gov.az

Məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması

Muzdlu işçilər üçün sığortaedən (sahibkar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsi tərəfindən aşağıdakı qaydada subsidiyalaşdırılır:

  • 1yanvar 2026-cı ilədək: 100%;
  • 1yanvar 2026 – 1 yanvar 2029: 80%;
  • 1yanvar 2029 – 1 yanvar 2031: 60%;
  • 1yanvar 2031 – 1 yanvar 2033: 40%.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 100% subsidiyalaşdırılır.

Muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100% subsidiyalaşdırılır.

Kommunal xidmətlər üzrə güzəştlər

İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların 1 yanvar 2033-cü ilədək hər ay istehlak olunan kommunal xidmətlər üzrə ödənişlərinin 20%-i dövlət tərəfindən qarşılanır.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə dəstək:

  • 5 il müddətində hər il 5 gün əlavə ödənişli məzuniyyət və tarif maaşına 1,2 əmsalın tətbiqi;
  • 600 manat birdəfəlik müavinət.

Əcnəbi mütəxəssislər üçün güzəştlər:

  • 5 il müddətində əmək miqrasiyası kvotası tətbiq edilmir;
  • 5 il müddətində iş icazələri ilə bağlı müraciətə baxılma müddəti 5 günədək azaldılıb;
  • 5 il müddətində işləyənlərin iş icazəsi əlavə 2 ilədək uzadılır;
  • 5 il müddətində işləyənlərin iş icazəsi üçün dövlət rüsumuna güzəştlər edilir.

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında təklif olunan güzəşt və azadolmalar.

Sənaye parklarının rezidentləri qeydiyyat tarixindən 10 il müddətinə:

  • Əmlak, torpaq və mənfəət vergilərindən azaddır;
  • İdxal olunan texnika və avadanlıqlara görə ƏDV və  gömrük rüsumu ödəmir.

Sənaye parklarında dövlət vəsaiti hesabına “Plug&Play” infrastrukturu

yarımstansiya, transformatorlar, paylanma məntəqələri;

  • təbii qaz təchizatı xətti;
  • elektrik verilişi xətti;
  • avtomobil və dəmir yolları;
  • fiberoptik kabel xətti;
  • içməli, texniki, yağış, yanğına qarşı su təchizatı şəbəkələri
  • kanalizasiya xətləri.

Elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə güzəştlər:

  • İstehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz həyata keçirilir;
  • İstehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq edilir;
  • İstehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsizdir.