İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 27 yanvar 2023-cü il tarixində Göyçayda (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98, Heydər Əliyev Mərkəzi) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dən etibarən keçiriləcək.
Qəbula gəlmək istəyən Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin "195-1" Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki "Müraciətlər/vətəndaşların qəbulu/qəbula yazılın" bölməsində qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.