İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” ilə əlaqədar media nümayəndələri arasında müsabiqə elan edir

İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” ilə əlaqədar olaraq ümummilli liderin irsinin təbliği məqsədilə media nümayəndələri üçün “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqəyə 8 may 2023-cü il tarixindən 28 may 2023-cü il tarixinədək televiziya və radiolarda yayımlanmış, qəzet və saytlarda dərc olunmuş materiallar təqdim edilməlidir. Materialların son təqdimedilmə günü - 28 may 2023-cü ildir. Müsabiqəyə təqdim ediləcək məqalələr 800 sözdən, televiziya və radio süjetləri isə 3 dəqiqədən çox olmamalı, material təqdim edən media nümayəndələrinin çalışdıqları KİV-də yerləşdirilməlidir. Materialların əvvəlində və ya sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.

 

Tələb olunan sənəd:

  • İş yerindən arayış.

Müraciət forması:

  • Qəzetdə çap olunan, saytda yerləşdirilən, televiziya və ya radioda yayımlanan materialların linki, iş yerindən arayışla birlikdə elektron formada samira.akbarova@economy.gov.az ünvanına göndərilməlidir.

Qiymətləndirmə:

  • Materialların qiymətləndirilməsi İqtisadiyyat Nazirliyində yaradılmış müvafiq komissiya tərəfindən həyata keçiriləcək.

Mükafatlandırma:

  • Müsabiqədə materialları fərqlənən media nümayəndələri mükafatlandırılacaq.