Asiya İnkişaf Bankı (AİB) tərəfindən cari ilin 4-5 oktyabr tarixlərində Filippin Respublikasının Manila şəhərində 11-ci AİB Biznes İmkanları Yarmarkası keçiriləcəkdir. Tədbirdə biznes nümayəndələri, istehsalçılar, podratçılar, QHT-lər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edə bilərlər. Yarmarka çərçivəsində satınalma, konsaltinq və layihənin idarə edilməsi üzrə AİB mütəxəssisləri ilə görüşlər və AİB tərəfindən maliyyələşdirilən layihələr barədə təqdimatlar nəzərdə tutulur.
İştirak üçün qeydiyyat tələb olunur. AİB tərəfindən qeydiyyat üçün müraciətin surətini sbessadi@adb.org elektron ünvanına göndərmək və suallar yaranacağı təqdirdə rabdukayumov@adb.org elektron ünvanı ilə əlaqə saxlamaq lazımdır.
Tədbirdə iştirakla bağlı bütün xərclər iştirakçılar tərəfindən ödəniləcəkdir.