Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazar araşdırmaları ilə bağlı sənəd qəbulu üçün son tarixin 29 oktyabr 2019-cu il tarixinədək uzadıldığını elan edir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 noyabr 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq
Əlavə məlumat üçün:
Anar Nuriyev
AZPROMO - İxracın Təşviqi Departamentinin marketinq üzrə meneceri
Tel: +99412 5980147/48 (daxili 123)
E-mail: anar.nuriyev@azpromo.az
Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az