Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İsrail Dövlətinin Təl-Əviv şəhərində 2023-cü ilin 28-30 noyabr tarixlərində keçiriləcək "Israfood 2023” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
0802 |
qabıqlı və qabığı təmizlənmiş badam və meşə fındığı |
0409000000 |
təbii bal |
080810 |
təzə alma |
0810100000 |
çiyələk və bağ çiyələyi |
0810401000 |
cır mərsin |
0813 |
qurudulmuş meyvə |
0910201000 |
zəfəran: doğranmamış və döyülməmiş |
1509 |
saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları: |
1604310000 |
nərə balıqlarının kürüsü |
2007911000 |
cemlər, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastası, isti emal edilən məhsullar, o cümlədən şəkər və ya digər şirinləşdirici maddələr əlavə olunmaqla: sitrus bitkiləri (şəkər miqdarı 30 kütlə %-dən çox) |
200819 |
qovrulmuş fındıq və badam |
2009 |
qıcqırdılmamış və tərkibində spirt əlavəsi olmayan, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya edilməmiş meyvə şirələri |
22 |
alkoqollu və alkoqolsuz içkilər |
240220 |
tərkibində tütün olan siqaretlər: |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 25 sentyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 15 sentyabr 2023-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: +99412 5980147/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az
Mob: (+994519490987)
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: +99412 5980147/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az
Mob: (+994502003940)