"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edir.
Müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Müsabiqə üzrə seçimə dəvət aşağıda qeyd olunan sənədlər təqdim edildikdən sonra aparılacaq:
Qeyd: Seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30%-dir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra (maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılır) AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.
Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar 20.12.2021 tarix, saat 17:00-dək qeyd olunan sənədləri "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin ünvanına təqdim edə bilərlər.
Ünvan:
AZ 1025, Bakı şəhəri, 8 Noyabr prospekti, 25E
Bakı Ağ Şəhər Ofis Binası, 3-cü mərtəbə
Tel: +994 12 488 80 10
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.