Azərbaycan-İtaliya biznes forumu panel sessiyalarla davam edib.
Biznes forum zamanı 3 tematik sektor üzrə panel sessiyalar da keçirilib. “Enerjinin gələcəyinin formalaşdırılması: ənənəvi enerji sahəsində innovasiyalar və yaşıl keçid naminə bərpa olunan enerji mənbələrinin inkişafı” sessiyasında ənənəvi enerji sektorunda əməkdaşlığın gücləndirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı, yaşıl enerji dəhlizləri, enerji saxlanc sistemləri və enerji keçidi məsələləri müzakirə olunub.
“Sabahın bağlantısı: nəqliyyat, logistika, şəhərsalma və regional inteqrasiya naminə iqtisadi dəhlizlər” sessiyasında Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi, regional bağlantıların genişləndirilməsi, müasir şəhərsalma və tikinti layihələri, eləcə də bu sahələrdə investisiya imkanları nəzərdən keçirilib.
“İstehsalın və rəqəmsal transformasiyanın yeni üfüqləri: yüksək texnologiyalar, süni intellekt, kritik xammal və yüksək əlavə dəyərli istehsalda innovasiyalar” sessiyasında isə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, sənayenin modernləşdirilməsi, kritik xammalın hasilatı və emalı, texnologiya transferi, innovativ istehsal və yüksək əlavə dəyərli məhsulların ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb
Eyni zamanda forum çərçivəsində daşınmaz əmlak və dizayn sahələrində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş “Italian Design Day” tədbiri, B2B və B2G formatında görüşlər təşkil olunub.
Noyabr 18, 2026 15:55
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub