İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Qeyd edilib ki, Gürcüstanla ticarət əlaqlərimiz genişlənir. 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəmiz 33% artıb.
İqtisadiyyat naziri Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni biznes təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini, hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgəmizdə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.
Natela Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərı barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini bildirib.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və s. məsələlər barədə müzakirə aparılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib