Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 2024-cü ilin 15-17 may tarixlərində keçiriləcək "Russia Halal Expo 2024” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 17 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): qida, spirtsiz içki və sənaye sahələri, təhsil və turizm xidmətləri
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
0201 |
iribuynuzlu heyvan əti, təzə və ya soyudulmuş |
0202 |
iribuynuzlu heyvan əti, dondurulmuş |
0204 |
qoyun əti və ya keçi əti, təzə, soyudulmuş və ya dondurulmuş |
0207 |
0105 mal mövqeyində göstərilən ev quşlarının əti və ət əlavələri, təzə,soyudulmuş və ya dondurulmuş |
0210 |
ət və qidaya yararlı ət əlavələri, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş |
0409000000 |
təbii bal |
0802220000 |
qabığı təmizlənmiş meşə fındığı |
0813 |
qurudulmuş meyvələr, 0801-0806 mal mövqeyində təsnif edilən meyvələrdən başqa; bu qrupda təsnif edilən qurudulmuş meyvə və qozların qarışıqları |
0902300000 |
qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda |
0906-0910 |
müxtəlif ədviyyatlar |
1509 |
zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən |
1601009100 |
kolbasalar, quru və ya pastayaoxşar, çiy |
160231 |
hindtoyuğunun ətindən hazırlanan konservləşdirilmiş məhsullar |
160232 |
ev toyuğunun (Gallus domesticus) ətindən hazırlanan konservləşdirilmiş məhsullar |
160250 |
iribuynuzlu heyvan ətindən hazırlanan konservləşdirilmiş məhsullar |
17 |
şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
1806 |
şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar |
19 |
taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları |
20 |
tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
2103 |
sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal |
2201 |
sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar |
2202
|
sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər, 2009 mal mövqeyində təsnif edilən meyvə və ya tərəvəz şirələri istisna olmaqla |
24 |
tütün və tütün sənaye əvəzediciləri |
4819 |
kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar: |
4823 |
forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar |
50 |
ipək |
6201 |
palto, yarımpalto, bürüncəklər (çiyinlik), plaşlar, gödəkçələr (o cümlədən xizək gödəkçələri), küləkçələr, fırtınalıqlar və analoji kişi və ya oğlan geyim məmulatları, 6203 mal mövqeyində təsnif edilən məmulatlardan başqa |
6203 |
Kişi və oğlan kostyumları, komplektləri, pencəkləri, blayzerləri, şalvarları, önlük və çiyin qayışlarla kombinezonlar, brici və şortlar (çimərlik paltarından başqa) |
6209 |
uşaq geyimi və uşaq geyimi ləvazimatları |
6210 |
5602, 5603, 5903, 5906 və ya 5907 mal mövqelərindəki materiallardan hazırlanmış geyim əşyaları |
6214100000 |
ipək saplardan və ipək tullantıları ipliklərindən şallar, şərflər, kaşnelər, mantilyalar, duvaqlar və analoji məmulatlar |
7216911000 |
profillənmiş (qabırğavari çıxıntılar) təbəqələr (vərəqlər) – metal konstruksiyalar |
7326909800 |
qara metallardan digər məmulatlar – zibil qutusu |
8701 |
traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa): |
8702 |
sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri |
8703 |
əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat vasitələrindən başqa), sərnişin-yük avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla |
8704 |
yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri: |
8705 |
xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri, sərnişin və ya yükdaşınması üçün istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər) |
870600 |
8701-8705 mal mövqelərində təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli şassilər |
8707 |
8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün kuzovlar (kabinə daxil edilməklə) |
8708 |
8701-8705 mal mövqelərindəki motorlu nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar |
8709 |
özüyeriyən, qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya təyyarə limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri |
8716 |
yedəklər və yarımyedəklər; digər özüyeriməyən nəqliyyat vasitələri; onların hissələri |
9401690000 |
taxta karkaslı digər oturacaq mebel |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 8 aprel 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 29 mart 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Sərgi ilə bağlı ümumi məlumat üçün:
Rüstəm Oruclu
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 42)
E-poçt: rustam.orujlu@azpromo.gov.az
Tələb olunan sənədlərlə bağlı məlumat üçün:
Əli Babayev
AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 36 64)
E-poçt: ali.babayev@azpromo.gov.az