Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniyanın Berlin şəhərində 2025-ci ilin 17-26 yanvar tarixlərində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə" (“International Green Week”) qida, kənd təsərrüfatı və bağçılıq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
08 |
Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
09 |
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar |
12 |
Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem |
15 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar |
17 |
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
18 |
Kakao və ondan hazırlanan məhsullar |
19 |
Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları |
20 |
Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
21 |
Müxtəlif ərzaq məhsulları |
22 |
Alkoqollu və alkoqolsuz içkilər və sirkə |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 16 noyabr 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 7 noyabr 2024-cü il tarixinədək təqdim olunmalıdır:
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Kənan Müzəffərli
İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin baş mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3630)
E-mail: kanan.muzaffarli@azpromo.gov.az
Mob: (+994 55) 604 25 44
Əli Babayev
İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi
Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)
E-mail: ali.babayev@azpromo.gov.az
Mob: (+99450) 200 39 40