İxracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Qazaxıstanın Almatı şəhərində 3-5 sentyabr 2025-ci il tarixlərində keçiriləcək “KazBuild 2025” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Tikinti materialları, avadanlıq və alətlər, keramika və daş, pəncərə texnologiyaları, interyer və təmizləmə materialları.

Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİF MN məhsul kodlarına daxil olan tikinti məhsulları üzrə həyata keçiriləcək.

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

25

Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement

32

Aşılayıcı və boyayıcı ekstraktlar, tanninlər və onların törəmələri; boyaqlar, piqmentlər və digər boyayıcı maddələr; boyalar və laklar; zamazkalar və digər mastikalar; tipoqrafiya boyaqları, mürəkkəblər, tuş

39

Plastmassa və onlardan hazırlanan məmulatlar

40

Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar

44

Oduncaq və ondan hazırlanan məmulatlar; ağac kömürü

6401

Sukeçirməyən altlıqlı, rezin və ya plastmassa üstlü ayaqqabı, üstlüyü altlığa birləşməyən və sapla, şpillə, mıxla, vintlə, pərçimlə, hər hansı digər analoji üsulla bərkidilməmiş ayaqqabı

6403

Altlığı rezindən, plastmassdan, təbii dəri və ya dəri kompozisiyasından və üstü təbii dəridən olan ayaqqabılar

68

Daş, gips, sement, asbest, slyuda və analoji materialdan məmulatlar

69

Keramika məmulatları

70

Şüşə və ondan hazırlanan məmulatlar

72

Qara metallar

73

Qara metallardan məmulatlar

74

Mis və ondan hazırlanan məmulatlar

76

Alüminium və ondan hazırlanan məmulatlar

78

Qurğuşun və ondan hazırlanan məmulatlar

81

Digər qiymətsiz metallar; metal keramikası; onlardan hazırlanan məmulatlar

82

Qiymətsiz metallardan alətlər, qurğular, bıçaq məmulatları, qaşıqlar və çəngəllər; onların qiymətsiz metallardan olan hissələri

84

Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri

85

Elektrik maşınları və avadanlıqları, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 2 iyun 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı – 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • Dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 23 may 2025-ci il tarixinədək təqdim olunmalıdır: AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3665);

E-mail: orkhan.mustafayev@azpromo.gov.az;

Mob: (+994 55) 438-58-32.

 

Əlaqələndirici şəxs: Orxan Mustafayev.