İxracatçıların nəzərinə!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Köln şəhərində 2025-ci ilin 4-8 oktyabr tarixində keçiriləcək "Anuga 2025” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 16 şirkət.
Qeyd: Alkoqollu içki istehsalı üzrə iştirak edə biləcək maksimum ixracatçı sayı 8.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi

XİFMN üzrə məhsulun kodu

Məhsulun adı

0403

Qatılaşdırılmış və ya qatılaşdırılmamış, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş və ya əlavə edilməmiş, dad-aromatik maddələr əlavə edilmiş və ya əlavə edilməmiş, meyvə, qoz-fındıq və kakao əlavə edilmiş və ya əlavə edilməmiş ayran, çürümüş süd və qaymaq, yoqurt, kefir və digər ferme

0406

Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları

0802

digər qoz-fındıq, təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız:

0813

qurudulmuş meyvələr, 0801-0806 mal mövqeyində təsnif edilən meyvələrdən başqa; bu qrupda təsnif edilən qurudulmuş meyvə və qozların qarışıqları

0902

çay, aromatik dad əlavələri və ya onlarsız

0910201000

zəfəran: doğranmamış və döyülməmiş

15

Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar

16043100

Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar

18

Kakao və ondan hazırlanan məhsullar

19

Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları

20

Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

21

Müxtəlif ərzaq məhsulları

22

Alkoqollu və alkoqolsuz içkilər və sirkə

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 24 iyun 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

  • ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
  • nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
  • sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
  • Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 17 iyun 2025-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün: 

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3616);

E-mail: rana.huseynova@azpromo.gov.az 

Əlaqələndirici şəxs: Rəna Hüseynova