“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masaya dəvət

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirəcək. Məqsəd İqtisadiyyat Nazirliyi tərəfindən superkompüter infrastrukturunun yaradılması ilə əlaqədar süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və yüksək performanslı hesablama sahəsində çalışan qurumların texnoloji ehtiyaclarını müəyyənləşdirmək, əməkdaşlıq potensialını dəyərləndirməkdir.
Bu çərçivədə müəssisələrin məlumat və texnologiyalar üzrə rəhbərlərini, elmi-tədqiqat institutlarının və universitetlərin tədqiqatçılarını, dördüncü sənaye inqilabı texnologiyaları və yüksək hesablama sahəsində fəaliyyət göstərən startapları, eləcə də analitika və simulyasiya ilə məşğul olan mütəxəssisləri əməkdaşlıq imkanlarının müzakirəsi üçün dəyirmi masada iştirak etməyə dəvət edilir. 
29 may 2025-ci il, saat 11:00, Bakı Biznes Mərkəzi
Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək, ilkin ehtiyac və maraqlarınızı təqdim etmək üçün aşağıdakı keçidə daxil olmağınız xahiş olunur:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfJT6FGLzkO3h0zxUnSqYI8l2WRBVySO5NhWe1Wwkt-zAfmfA/viewform