Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su, turizm və nəqliyyat sahələrində strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyi potensial özəl tərəfdaşları dövlət-özəl tərəfdaşlığı layihələrinə dair niyyət bildirməyə dəvət edir.