Maraqların ifadəsi üçün dəvət

Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS)

Layihənin adı: Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant nömrəsi: TF-C8884
Tapşırığın adı: Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) bərpası və ətraf ərazilərinin inkişafı üzrə mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrin yenilənməsi
Satınalma planının istinad nömrəsi: AZ-MOEC-CS-CQS-01
Ölkə: Azərbaycan

1. Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.

2. Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) bərpası və ətraf ərazilərinin inkişafı üzrə mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihə sənədlərinin yenilənməsini əhatə edir.

Məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadi əsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə texniki-iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur.

Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 8 aydır. Tapşırığın icrasına 2025-ci ilin noyabr ayında başlanılması nəzərdə tutulur.

Tapşırığın ehtimal olunan ümumi dəyəri 500,000 ABŞ dollarıdır.

Təhvil veriləcək işlərin gözlənilən icra cədvəli aşağıda göstərilmişdir:

Təhvil veriləcək iş

Müddət

D-1: İlkin hesabat

Müqavilə imzalandıqdan sonra 4 həftə ərzində tamamlanmalıdır

D-2: Texniki-iqtisadi əsaslandırmanın ilkin versiyası

a) Xocasən gölü –texniki-iqtisadi əsaslandırmanın və texniki layihələndirmənin ilkin versiyası

b) Zığ gölü – texniki-iqtisadi əsaslandırmanın və texniki layihələndirmənin ilkin versiyası

c) Böyükşor gölü –texniki-iqtisadi əsaslandırmanın və texniki layihələndirmənin ilkin versiyası

Sifarişçi tərəfindən İlkin hesabatın təsdiqlənməsindən sonra 5,5 ay ərzində tamamlanmalıdır.

D-3: Texniki-iqtisadi əsaslandırmanın yekun versiyası

a) Xocasən gölü – texniki-iqtisadi əsaslandırma və texniki layihələndirmənin yekun versiyası

b) Zığ gölü – texniki-iqtisadi əsaslandırma və texniki layihələndirmənin yekun versiyası

c) Böyükşor gölü – texniki-iqtisadi əsaslandırma və texniki layihələndirmənin yekun versiyası

Sifarişçi tərəfindən texniki-iqtisadi əsaslandırmanın ilkin versiyasının təsdiqlənməsindən sonra 6 həftə ərzində tamamlanmalıdır.

Xidmətlər üzrə ətraflı texniki tapşırığı (TT) aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://www.dropbox.com/scl/fi/6ycbf87v6svumv5cg0mgp/ToR_FS-for-3-Lakes_22.09.2025_as-issued.docx?rlkey=jbllcdieb55iht9fc4fffnzfv&st=stf3evqi&dl=0

3.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (İcraçı Qurum) hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.

4.  Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

(i)  Ümumi təcrübə: a) Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi;  b) Dünya Bankı və ya digər beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrdə sübut olunmuş təcrübə.

(ii)  Xüsusi təcrübə: Göllərin bərpası üzrə genişmiqyaslı texniki-iqtisadi əsaslandırmaların, tədqiqatların, qiymətləndirmələrin və layihələndirmə işlərinin aparılması sahəsində təcrübə (hidrologiya, ekoloji və mühəndislik aspektləri daxil olmaqla). Təklif olunan ərazilərdə həyata keçiriləcək tikinti, bərpa və rekultivasiya işlərinin smetalarının hazırlanması üzrə təcrübə.

(iii) Bənzər regionlarda və oxşar ekoloji, sosial və institusional şəraitdə iş təcrübəsi və tapşırıq üçün tələb olunan ixtisaslı mütəxəssislərin mövcudluğu.

Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər fərdi olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.

5. Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün məsləhətçilər ən azı aşağıdakı sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company), eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.

(i) Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.

(ii) Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.

(iii) Bu maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.

(iv) Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.

6.  Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər. 

7. Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.

8. Maraq ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 07 oktyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır.

Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanından əldə etmək olar:

Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu

Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail:
nhuseynov@economy.gov.az 

 

Əlavə: Forma-1 (Oxşar Müqavilələr)

Məsləhətçi şirkətin adı: ____ (Birgə müəssisə şəklində müraciət edilərsə, hər bir tərəfdaş üçün ayrıca forma təqdim olunmalıdır.)

s/s

Müddət (tarix aralığı)

Tapşırığın adı

Xidmətlərin əhatə dairəsi və əsas təhvil verilən işlərin qısa təsviri

Müqavilənin təxmini dəyəri (ABŞ$ ekv.) / Şirkətinizə ödənilmiş məbləğ

Sifarişçinin adı və ölkəsi

Tapşırıqda rolu

1

məs., yanvar 20__ – aprel 20__

məs., “...... keyfiyyətinin yaxşılaşdırılması”

məs., ...... səmərələşdirilməsi üçün baş plan hazırlanmışdır;

məs., 1 milyon ABŞ$ / 0,5 milyon ABŞ$

məs., ___ Nazirliyi, ______ (ölkə)

məs., A&B&C birgə müəssisəsində aparıcı tərəfdaş

2

məs., yanvar – may 20__

məs., “Yerli idarəetmə orqanına dəstək......”

məs., ...... üzrə ikinci dərəcəli normativ aktlar hazırlanmışdır.

məs., 0,2 milyon ABŞ$ 0,2 milyon ABŞ$

məs., __ bələdiyyəsi, ____ (ölkə)

məs., Fərdi (müstəqil) məsləhətçi