Sahibkarlar "Gulfood 2026” beynəlxalq qida sərgisinə dəvət olunurlar
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2026-cı ilin 26-30 yanvar tarixlərində keçiriləcək "Gulfood 2026” beynəlxalq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 25 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki sənayesi, o cümlədən ərzaq məhsullarının istehsalı və emalı.
Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİF MN məhsul kodlarına daxil olan qida məhsulları üzrə həyata keçiriləcək.
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
04 |
Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olmayan heyvan mənşəli ərzaq məhsulları |
|
07 |
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
|
08 |
Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
|
09 |
Qəhvə, çay, mate və ya Paraqvay çayı və ədviyyatlar |
|
12 |
Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem |
|
15 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar |
|
16 |
Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar |
|
19 |
Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar un qənnadı məhsulları |
|
20 |
Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
|
21 |
Müxtəlif ərzaq məhsulları |
|
2201 |
Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar |
|
2202 |
Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər, 2009 mal mövqeyində təsnif edilən meyvə və ya tərəvəz şirələri istisna olmaqla |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 28 noyabr 2025-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 25 noyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr., 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Rəna Hüseynova
AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi
Tel: +99412 5980147/48 (daxili 3616)
E-mail: rana.huseynova@azpromo.gov.az