Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 13-15 may 2026-cı il tarixlərində keçiriləcək “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 12 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): qida, spirtsiz içki və sənaye sahələri, təhsil və turizm xidmətləri
Müraciətlərin qəbulu aşağıda təqdim olunan XİF MN məhsul kodlarına daxil olan məhsullar üzrə həyata keçiriləcək.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 13-15 may 2026-cı il tarixlərində keçiriləcək “Russia & Islamic World Cooperation Expo 2026” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 12 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): qida, spirtsiz içki və sənaye sahələri, təhsil və turizm xidmətləri
Müraciətlərin qəbulu aşağıda təqdim olunan məhsul və xidmət sahələri üzrə həyata keçiriləcəkdir.
|
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
|
02 |
Ət və qida üçün yararlı ət əlavələri |
|
0305 |
Qurudulmuş, duzlu və ya duzlu suya qoyulmuş balıq; hisə verilmə zamanı və ya sonra isti emala məruz qalmış və ya qalmamış hisə verilmiş balıq |
|
0409000000 |
təbii bal |
|
08 |
Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları |
|
0902300000 |
qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda |
|
0906-0910 |
müxtəlif ədviyyatlar |
|
1509 |
zeytun yağı və onun fraksiyaları, saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibləri dəyişdirilmədən |
|
16 |
Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar |
|
17 |
şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
|
1806 |
şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar |
|
19 |
taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları |
|
20 |
tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
|
2103 |
sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal |
|
210500 |
dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan |
|
2201 |
sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar |
|
2202
|
sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər, 2009 mal mövqeyində təsnif edilən meyvə və ya tərəvəz şirələri istisna olmaqla |
|
24 |
tütün və tütün sənaye əvəzediciləri |
|
4819 |
kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli kətandan hazırlanmış karton qutular, yeşiklər, qutular, kisələr, paketlər və digər qablaşdırma tarası; müəssisələrdə, mağazalarda və anoloji məqsədlərlə istifadə olunan kağızdan və ya kartondan kartoteka qutuları, məktub üçün qablar və analoji məmulatlar: |
|
4823 |
forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar |
|
50 |
ipək |
|
62 |
Paltar və geyim ləvazimatları, maşınla və ya əllə toxunmuş trikotajdan başqa |
|
7216911000 |
profillənmiş (qabırğavari çıxıntılar) təbəqələr (vərəqlər) – metal konstruksiyalar |
|
7326909800 |
qara metallardan digər məmulatlar – zibil qutusu |
|
87 |
Yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, və onların hissələri və ləvazimatları |
|
94 |
mebel; yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan lampalar və işıqlandırıcı avadanlıqlar; üzərində ad və ya ünvan yazılmış işıq tablo və lövhələri və analoji məmulatlar; yığma tikinti konstruksiyaları |
|
9619008100 |
uşaq bələkləri və əskiləri |
|
4120001 |
Bütün tiplərdən olan yaşayış binaların, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 13 aprel 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvan üzrə 3 aprel 2026-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Orxan Mustafayev
Tel: +994 12 598 01 47/48 (daxili - 3665)
E-mail: orkhan.mustafayev@azpromo.gov.az