Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Şanxay şəhərində 2021-ci ilin 5-10 noyabr tarixlərində keçiriləcək "Çin Beynəlxalq İdxal Sərgisi"ndə vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida və içki
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
09 |
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar |
10 |
Dənli bitkilər |
12 |
Yağlı toxum və bar; digər toxumlar, bar və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem |
15 |
Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanması nəticəsində alınan məhsullar; hazır yeyinti piyləri; heyvan və ya bitki mənşəli mumlar |
16 |
Ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar |
17 |
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları |
18 |
Kakao və ondan hazırlanan məhsullar |
19 |
Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları |
20 |
Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
21 |
Müxtəlif ərzaq məhsulları |
22 |
Alkoqollu və alkoqolsuz içkilər və sirkə |
3301 |
Efir yağları (tərkibində terpenlər olan və ya olmayan), absolyut və konkretlər daxil olmaqla; rezinoidlər; ekstraksiya edilmiş efir yağları |
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 1 oktyabr 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər aşağıdakı ünvana 21 sentyabr 2021-cil il tarixinədək (21 sentyabr daxil olmaqla) olmaqla təqdim olunmalıdır:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Aybəniz Məmişova
AZPROMO - Marketinq üzrə menecer
Tel: +99412 5980147/48 (daxili 3620)
E-mail: aybeniz.memishova@azpromo.az
E-mail: destek@azpromo.az