Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 2022-ci ilin 13-17 fevral tarixlərində keçiriləcək "Gulfood 2022" beynəlxaq qida sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 30 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr (məhsullar): Qida
XİFMN üzrə məhsulun kodu |
Məhsulun adı |
07 |
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları |
08 |
Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları |
09 |
Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar |
1604 |
Hazır və ya konservləşdirilmiş balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri |
1806 |
Şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları |
20 |
Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları |
2103 |
Sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu, hazır xardal |
2105 |
Dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan |
2201 |
Sular, təbii və ya süni mineral, qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilməyən; buz və qar |
2202 |
Sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər |
Müsabiqənin təşkilatçısı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 25 oktyabr 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Ərizə;
dəstək tədbirində iştirakla bağlı Şərtlər;
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);
Sənədlər aşağıdakı ünvan üzrə 15 oktyabr 2021-ci il tarixinədək (15 oktyabr daxildir) təqdim olunmalıdır:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Aybəniz Məmişova
AZPROMO - Marketinq üzrə menecer
Tel: +99412 5980147/48 (daxili 3620)
E-mail: aybeniz.memishova@azpromo.az
E-mail: destek@azpromo.az