Xarici ticarət və ticarət tarifləri İşçi qrupunun “2021-ci il üzrə Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda növbəti iclası keçiriləcək

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupunun 29 oktyabr 2021-ci il tarixində video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsinin aparılması, habelə 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə aidiyyəti üzrə verilmiş təkliflərin müzakirəsi planlaşdırılır.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edəcəkdir.

Qeyd olunan fəaliyyət sahəsi üzrə maraqlanan şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıdakı linkə daxil olaraq “Təklif göndər” bölməsi vasitəsilə öz təkliflərini göndərə bilərlər.

https://bit.ly/3pHQ9lO