Xarici ticarət və ticarət tarifləri İşçi qrupun “2021-ci il üzrə Fəaliyyət Planının yekunlarının və 2022-ci il üçün Fəaliyyət Planı layihəsinin müzakirəsi” mövzusunda növbəti iclası keçiriləcək“

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya” https://azranking.az nın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupun 8 dekabr 2021-ci il tarixində video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində görülmüş işlər, o cümlədən ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsinin aparılması, habelə 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi planlaşdırılır.

İclasda aidiyyəti dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər qurumların məsul şəxsləri iştirak edəcəkdir.

Qeyd olunan fəaliyyət sahəsi üzrə maraqlanan şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıdakı linkə daxil olaraq “Təklif göndər” bölməsi vasitəsilə öz təkliflərini göndərə bilərlər.

 

https://azranking.az/az/protocols-announcements/%E2%80%9CXarici%20ticar%C9%99t%20v%C9%99%20ticar%C9%99t%20tarifl%C9%99ri%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-59.html