Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ixracla əlaqəli beynəlxalq sertifikatın alınmasına dəstək göstərilməsi üçün ixracatçılardan müraciətlərin qəbulunu elan edir.
Alınmasına dəstək verilən beynəlxalq sertifikatların Siyahısı.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2018-ci il tarixli, 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 15 may 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları:
Meyarlar üzrə minimum keçid balı - 20 bal.
Müsabiqədə iştirak üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Sənədlər 30 aprel 2020-ci il tarixinədək aşağıdakı ünvana təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat üçün:
Samirə Məmmədova
AZPROMO - İnzibati İşlər Departamentinin ümumi işlər meneceri
Tel: +99412 598-01-47/48 (daxili 120)
E-mail: samira.mammadova@azpromo.az
Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 598-01-47/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az