Elan 16-21 may 2020-ci il tarixlərində Azərbaycana təşkil edilməsi nəzərdə tutulan alıcı missiyası ləğv edilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qlobal müstəvidə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə alaraq, Almaniya, Polşa, Xorvatiya, Avstriya və Macarıstanda fəaliyyət göstərən xarici alıcıların iştirakı ilə 16-21 may 2020-ci il tarixlərində Azərbaycana təşkil edilməsi nəzərdə tutulan alıcı missiyasının ləğv edildiyini elan edir.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri

Tel: +99412 598-01-47/48 (daxili 120)

E-mail: samira.mammadova@azpromo.az