Azərbaycan – Türk İş Adamları Forumu keçiriləcək

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan - Türk İş Adamları Forumunun keçirilməsi nəzrdə tutulur.

Forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır.

Tədbirdə Türkiyənin turizim, inşaat, tekstil, ekologiya (yaşıl enerji), qida sənayesi, ictimai iaşə, enerji, multimedia, təhsil, konsaltinq, hüquq, logistika və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın şirkətinin nümayəndəsinin iştirakı nəzərdə tutulur.

Onlayn forumda iştirak edən sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbirdə həmçinin, biznes sahəsində təcrübəli mütəxəssislərin müxtəlif biznes istiqamətləri üzrə yeniliklər, pandemiya dövründə yaranmış problem və imkanlar, post-pandemiya dövründə biznesin inkişaf mərhələləri üzrə fikirləri ilə tanış olmaq mümkün olacaq.

Onlayn forumda iştirak etmək istəyənlər aşağıdakə keçidiə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

https://forms.yandex.ru/u/5ee0d2f78f27ef18cc411528/

Qeydiyyat üçün son tarix: 25 iyun 2020

Əlavə məlumat və suallar üçün aşağıdakı vasitələrlə əlaqə saxlamaq olar:

E-poçt: office@gswyouth.org

Telefon: (+994 12) 597 48 86

WhatsApp: (+994 50) 971 69 70.