Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mövcud koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər səbəbindən sənədlərin qəbul edilməsində çətinliklərin mövcud olduğunu nəzərə alaraq, xarici bazarların araşdırılması məqsədilə ixracatçılardan müraciətlərin qəbulunun son tarixinin 1 avqust 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinə keçirildiyini elan edir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərar ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 14 sentyabr 2020-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Əlavə məlumat üçün:
Anar Nuriyev
AZPROMO - İxracın Təşviqi Departamentinin marketinq üzrə meneceri
Tel: +99412 5980147/48 (daxili 123)
E-mail: anar.nuriyev@azpromo.az
Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az
E-mail: destek@azpromo.az