“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun 24 may 2022-ci il tarixində video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda 2022-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planının müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirə edilməsi, o cümlədən ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, habelə xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında fikir mübadiləsinin aparılması planlaşdırılır.
İclasda aidiyyəti dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edəcəkdir.
Qeyd olunan fəaliyyət sahəsi üzrə maraqlı olan şəxslər www.azranking.az internet səhifəsinin “onlayn müraciət” bölməsinə daxil olaraq müraciət edə bilərlər.