Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

"Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 2021-ci ildə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək "İqtisadi kooperasiya" üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin virtual ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir (Information for applicants and participants).

Kurs haqqında

Mövzu: İqtisadi kooperasiya

Proqramın dili: İngilis dili

Namizədlər üçün tələblər:

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • Menecment sahəsində ən az 1 il iş təcrübəsi;
  • Yaşı 45-dən çox olmamalı;
  • Yaxşı səviyyədə ingilis dili;
  • Yüksək ünsiyyət və təqdimetmə bacarıqları.

Müsabiqənin keçirilməsi

Müvafiq tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. 2020-ci ilin noyabr ayında GİZ-in mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə onlayn müsabiqə keçiriləcək.

Kurs aşağıdakı mərhələlərdən ibarətdir:

Treninqlər: Praktiki idarəetmə vərdişlərinin qazanılması.

Təcrübə proqramı: Alman şirkətləri ilə virtual formatda təcrübə imkanı, işgüzar əlaqələrin qurulması. İxtisasartırma kursu ödənişsizdir və kursu uğurla başa vuran iştirakçılara sertifikat veriləcəkdir.

Müraciət qaydaları: Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri 22 noyabr 2020-ci il tarixinədək ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

  • müraciət forması (Application Form);
  • fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement);
  • Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış;
  • Kooperasiya layihəsi (Cooperation project) – 1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır;
  • 3x4 ölçüdə rəngli foto şəkil;
  • Namizəd tərəfindən imzalanmış sığorta sənədi (İnsurance Form);
  • Xarici pasportun surəti (yalnız şəxsi məlumatları özündə əks etdirən səhifə).

Qeyd: Pandemiya şəraitinə uyğun olaraq ixtisasartırma kursunu uğurla başa vuracaq iştirakçıların Almaniyaya səfəri də nəzərdə tutulur.

Ətraflı məlumat üçün: (012) 404 04 01 / (055) 200 04 57, training@smb.gov.az (Məlahət Kazımova).