Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixrac əməliyyatlarının həyata keçirilməsi üçün ixracla məşğul olan kadrların "İxrac Akademiyası" təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna start verilir.
Təlimlərin məqsədi ölkənin ixrac potensialının inkişafında yararlı, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.
Azərbaycan dilində keçiriləcək 9 həftəlik ödənişli onlayn təlim bu mövzuları əhatə edəcək:
1. Strategiya modulu:
2. Əməliyyatlar modulu:
3. İxrac prosedurları modulu:
İştirakçıya dair minimum tələblər:
Tələb olunan sənədlər:
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalı və tələb olunan sənədləri əlavə etməlidirlər: https://forms.gle/zQAp1qXegpvJj9fy9
Müraciətlərin elektron qaydada qiymətləndirilməsindən sonra namizədlər növbəti-nəzəri test və müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müraciət üçün son tarix və saat: 1 mart 2021-сi il saat 18:00.
Təlimlər ödənişlidir və qiyməti 200 (iki yüz) manatdır.
Proqram sonunda əldə edəcəksiniz:
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq.
Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
Əlaqələndirici şəxs: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), İxracın təşviqi departamentinin layihə meneceri Samirə Məmmədova (e-mail: samira.mammadova@azpromo.az).