Asiya İnkişaf Bankı (AİB) tərəfindən 3 iyun 2021-ci il tarixində "Məsləhətçilərin idarə edilməsi sistemi sahəsində AİB-in biznes imkanları" mövzusunda virtual seminar təşkil olunacaq. Tədbir AİB ilə əməkdaşlıq etmək arzusunda olan fərdi məsləhətçilər və konsaltinq şirkətləri üçün nəzərdə tutulub.
Seminarda iştirak etmək üçün göstərilən link (https://www.adb.org/news/events/consultant-management-system-2021) vasitəsi ilə qeydiyyatdan keçmək olar. Bununla yanaşı, qeydiyyat üçün müraciətin surətinin sbessadi@adb.org elektron ünvanına göndərilməsi xahiş edilir.
Tədbir barədə əlavə məlumatı rabdukayumov@adb.org elektron ünvanı vasitəsilə əldə etmək olar.