Elan

BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) İnvestisiyaların və Texnologiyaların Təşviqi Ofisinin təşəbbüsü ilə innovativ həllərə dair müsabiqə keçiriləcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD) və "Future Cleantech Architects" şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüsün məqsədi "təmiz texnologiyalar" və davamlı torpaq idarəetməsi sahəsində fəaliyyət göstərən özəl müəssisələrin innovativ həllərinin təşviq edilməsidir.

Müraciətlərin qəbulu üçün son müddət - 2 avqust 2021-ci il.

Müsabiqədə iştirakda maraqlı olan müəssisələr və startaplar müraciət formasını (https://form.jotform.com/211453409471048) dolduraraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqəyə dair ətraflı məlumatı UNIDO-nun https://www.unido.org/global-call-itpos veb-səhifəsindən əldə etmək mümkündür.