“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Beynəlxalq ticarət işçi qrupunun 9 sentyabr 2022-ci il tarixində videokonfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru üzrə diaqnostika matrisasının hazırlanması, beynəlxalq ticarət sahəsində ölkədə mövcud vəziyyət və təkmilləşdirilmə istiqamətində həyata keçirilə biləcək tədbirlər haqqında müzakirələrin aparılması planlaşdırılır.
İclasda aidiyyəti dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edəcəkdir.
Qeyd olunan fəaliyyət sahəsi üzrə maraqlı olan şəxslər www.azranking.az internet səhifəsinin “onlayn müraciət” bölməsinə daxil olaraq müraciət edə bilərlər.
https://azranking.az/public/images/G%C3%BCnd%C9%99lik%20-%2009.09.2022_new.docx