Minifutbol turniri davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri davam edir.

Yarışların növbəti turunda Azərbaycan Dövlət Siğorta Şirkətinin təmsilçiləri ilə qarşılaşan İqtisadiyyat Nazirliyinin komandası böyük hesabla qələbə qazanıb - 9:1. İqtisadiyyat Nazirliyinin komandası növbəti turda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin komandası ilə yarışacaq.