İqtisadiyyat Nazirliyində Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçla görüş keçirilib

Serbiyanın Novi Pazar şəhəri ilə iqtisadi-ticarət əlaqələri, işğaldan azad olunmuş ərazilərimizdə reinteqrasiya işlərində serb şirkətlərinin iştirak imkanları barədə müzakirə aparılıb.

 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçla görüşüb. Görüşdə Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, sənaye, turizm, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş  imkanların olduğu diqqətə çatdırılıb.

Nihad Bişevaç Novi Pazar şəhərinin iqtisadi potensialı barədə danışıb, serb şirkətlərinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Tərəflər iqtisadi-ticarət əlaqələri, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə reinteqrasiya işlərində Novi Pazar şəhərindən olan şirkətlərin iştirakı imkanları barədə müzakirə aparıblar.